Macarıstan Baş naziri Peter Madyarın keçmiş həyat yoldaşı Yudit Varqa onu şantaj və məişət zorakılığında ittiham edib.

"Unikal" xəbər verir ki, təhdidlərə "cinayət ittihamları, həbs cəzası ilə hədə-qorxu və Yudit Varqanın həyatını sosial, ekzistensial və siyasi cəhətdən dözülməz hala gətirmək" daxildir

Madyarın gizli şəkildə qeydə alınmış söhbətlərdən istifadə edərək keçmiş həyat yoldaşını bir il yarım ərzində şantaj etdiyi bildirilir. Şikayət istintaq prokurorluğuna keçmiş "Fides" partiyasının üzvü və ictimai fəal İştvan Tenyi tərəfindən təqdim edilib. O, məlumatların araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Yudit Varqa Macarıstanın ədliyyə naziri olub.