Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.
"Unikal" xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda səfərdə Lixtenşteyn yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Azərbaycan millisi qrupu 8 xalla birinci pillədə başa vurub.
Qeyd edək ki, 2-ci qrupda sonuncu oyun noyabrın 16-da baş tutacaq. Litva həmin görüşdə öz meydanında Lixtenşteynlə qarşılaşacaq.
*** 00:47
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda ikinci hissə başlayıb.
"Unikal" xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçında Azərbaycan yığması hesabda öndədir - 1:0.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
XXX
00:33
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda ilk hissə başa çatıb.
"Unikal" xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçında Azərbaycan yığması fasiləyə öndə yollanıb - 1:0.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
XXX
00:13
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda hesab açılıb.
"Unikal" xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçında ilk qolu Azərbaycan yığması vurub.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib
XXX
23:47
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyunu başlayıb.
"Unikal" xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Vaduts şəhərində keçirilir.
Qarşılaşmanın baş hakimi estoniyalı Kristo Tohverdir.
Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək







.jpg)




.jpg)





.jpg)








.webp)





.jpeg)















.jpg)
.jpeg)



