Danimarka Ukraynaya 645 milyon avro dəyərində yeni yardım paketi təqdim edəcək.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yardım paketinə F-16 qırıcıları üçün 20 millimetrlik döyüş sursatları da daxildir. Bu sursatlardan reaktiv mühərrikli “Şahed” pilotsuz uçuş aparatlarının vurulması üçün istifadə olunacaq.

Zelenski bildirib ki, Danimarka dron istehsalına təxminən 200 milyon avro ayıracaq. Bundan əlavə, birgə istehsal layihələri üçün də ayrıca maliyyə vəsaiti nəzərdə tutulub.