Naxçıvan şəhərində 36 yaşlı kişi sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü İlqar Süleyman oğlu Bayramov sirkə turşusu qəbul edib. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, İlqar Bayramov bu gün yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Hüseynəli Vidadi oğlu Hüseynəliyevin bibisi oğludur. O, dəfn mərasimindən sonra evə gedərək sirkə turşusu içib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.