Türkiyə Superliqasının lideri “Qalatasaray”ın qış transfer pəncərəsində beş futbolçu ilə yollarını ayıracağı gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Leroy Sane, İlkay Gündoğan, Lesli Uqoçukvu, El Şadayl Bişabu və Kaan Ayhan komandadan göndərilə bilər.
Ayrılığa ən yaxın oyunçular isə mövsümün əvvəlində icarəyə götürülən Uqoçukvu və Bişabu hesab edilir.
























































