ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında ölüm cəzasına məhkum edilmiş şəxslərin cəzalarının ömürlük həbslə əvəzlənməsi qərarını tənqid edib.

"Unikal" xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Kaliforniya qubernatoru Qevin Nyusom ştatda ölüm cəzasına məhkum edilmiş 563 nəfərlə bağlı hökmlərin icrasını dayandırıb.

“Bu, Amerikada ədalət sistemi üçün fəlakətdir”, – Tramp bildirib.

ABŞ lideri həmin məhkumların bir çoxunun dəfələrlə qətl törətdiyini iddia edərək qərarın ləğv olunacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Qevin Nyusom ötən həftə Kaliforniyada bütün ölüm hökmlərinin vaxtından əvvəl azadlığa çıxmaq hüququ olmadan ömürlük həbslə əvəzlənməsi barədə qərar qəbul etdiyini açıqlayıb.