İsrail Qəzza zolağının cənubunda hava hücumu nəticəsində Rəfah Briqadasının komandiri Əbu Yunisi öldürüb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb. 

"Əbu Yunis öz vəzifəsində İsrail mülki şəxslərinə və Müdafiə Qüvvələrinin şəxsi heyətinə qarşı terror hücumları hazırlamaq və həyata keçirmək əmri verib", - deyə açıqlamada komandirin öldürülmə səbəbi kimi göstərilib.