Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə qayıtmaqdan qorxur, ona görə də vaxtının çox hissəsini işgüzar səfərlər bəhanəsi ilə xaricdə keçirir.

"Unikal" xəbər verir ki, bu fikri Krım parlamentinin spikeri Vladimir Konstantinov "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.

"Əsl səbəb odur ki, o, Ukraynaya qayıtmaqdan, adi ukraynalılarla görüşməkdən qorxur. Zelenskinin əlləri qana boyanıb və o bunu heç vaxt yuya bilməyəcək", - Konstantinov deyib.

Siyasətçinin sözlərinə görə, Zelenski öz yaxın ətrafına etibar etmir və onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən siyasi və millətçi qruplardan ehtiyat edir.