ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında yük və sərnişin təyyarələri toqquşub.

"Unikal" xəbər verir ki, qəzaya uğrayan UPS Boeing 767 və Copa Airlines şirkətinə məxsus Boeing 737 təyyarələridir. Hava nəqliyyat vasitələri taksi yolunun kəsişməsində toqquşub.

Onlardan biri hava limanına enir, digəri isə yola düşürmüş.

Hadisə hava limanının fəaliyyətinə təsir etməyib.