"The Wall Street Journal" qəzetinin məlumatına görə, amerikalı məşhurlarla birlikdə verilən şam yeməyi hərracda 9 milyon dollara satılıb.
"Unikal" xəbər verir ki, tədbir əfsanəvi investor Uorren Baffet və basketbolçu Stiven Karri ilə 24 iyunda Kaliforniyanın Omaha şəhərində keçiriləcək görüşlə bağlıdır.
Basketbolçunun həyat yoldaşı Ayeşa Karri də axşamda iştirak edəcək. Qalib gələn təklifin adı hələ açıqlanmayıb.
Bütün gəlir iki xeyriyyə təşkilatına - "Glide Foundation" və "Eat. Learn. Play" təşkilatlarına gedəcək. Baffet hər birinə ianəni ikiqat artıracağını və ümumi ianəni təxminən 27 milyon dollara çatdıracağını bildirib.

























.jpeg)



.jpeg)








.jpeg)


















