Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, baytarlıq mikrobiologiyası üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Yunis Baxşəli oğlu Səfərovun anadan olmasının 100 illiyinə həsr olunan yubiley tədbiri təşkil edilib.
"Unikal" xəbər verir ki, əvvəlcə iştirakçılar professor Yunis Səfərovun həyat və elmi fəaliyyətini əks etdirən stendlə tanış olublar.
Tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov iştirakçıları, yubilyarın ailə üzvlərini və qonaqları salamlayaraq professor Yunis Səfərovun Azərbaycan aqrar elminin inkişafındakı xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, Yunis Səfərov ölkədə baytarlıq mikrobiologiyası sahəsinin formalaşması və inkişafında mühüm rol oynayan alimlərdən biri olub, onun elmi fəaliyyəti və yetişdirdiyi kadrlar bu gün də böyük ehtiramla xatırlanır.
Zəfər Qurbanov çıxışında həmçinin bildirib ki, 15 may tarixi Azərbaycan Dövlət Aqrar Universitetinin yaradılmasının ildönümü kimi xüsusi əhəmiyyət daşıyır. Rektor bu münasibətlə universitetin professor-müəllim heyətini, əməkdaşlarını, tələbələrini və məzunlarını təbrik edərək, ADAU-nun ölkənin aqrar təhsil sistemində mühüm rol oynadığını, elm və innovasiya istiqamətində uğurlu fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Daha sonra Yunis Səfərovun həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Zoomühəndislik fakültəsinin dekanı Qənbər Abdullayev, Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasov, Aqrobiznes, menecment və marketinq kafedrasının dosenti Nüsrət Hüseynov çıxış edərək professor Yunis Səfərovun elmi və pedaqoji fəaliyyəti, həmçinin onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə yubilyarın ailə üzvləri adından çıxış edən bacısı oğlu, Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının dosenti Akif Mərdanlı, həmçinin yubilyarın oğlu İlham Səfərov universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürlərini bildirərək, Yunis Səfərovun xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndiriblər.
Tədbirin bədii hissəsində isə Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında musiqi nömrələri təqdim olunub
ADAU-da professor Yunis Səfərovun 100 illik yubileyi qeyd olundu - FOTOLAR
20:31 15-05-2026
CƏMİYYƏT







.jpeg)











.jpeg)


















_1583402582.jpg)














