Ermənistan rəhbərliyi Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi (AİB) arasında seçim etməli olacaq.

"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

"Onlar Avropa İttifaqına yaxınlaşmaq istəyindən danışırlar. Biz dəfələrlə demişik ki, AİB və Aİ-yə üzvlük bir-biri ilə uyğun deyil. Ermənistan da bunu çox yaxşı başa düşür, liderləri də bu barədə danışırlar ki, bu şeylər bir-biri ilə uyğun deyil. Əgər belə bir seçim etmək qərarına gəlsələr, müəyyən mərhələdə belə bir seçim etməli olacaqlar", - deyə o, “Rusiya - İslam Dünyası. KazanForum" forumu çərçivəsində qeyd edib.

Ağarza Elçinoğlu