Ermənistanda Eçmiədzində baş verən silahlı və bıçaqlı insidentin təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, mayın 14-də baş vermiş hadisədə bıçaqla yaralanan 15 yaşlı Seyran Poqosyan generalın nəvəsidir. 

Belə ki, o, Manvel Qriqoryanın qızı, keçmiş hakim Naira Qriqoryanın oğludur.

Poqosyan bıçaqlandıqdan sonra hadisəni törədənlər havaya bir neçə dəfə atəş açıblar. 

Eçmiədzindəki Spandaryan küçəsində aparılan əməliyyat və istintaq tədbirləri nəticəsində iki 18 yaşlı yerli sakinlər xuliqanlıq şübhəsi ilə saxlanılaraq polis bölməsinə aparılıb. İnsidentin mübahisədən sonra yaşandığı qeyd edilir. 

Hadisə ilə bağlı bütün şəxslərin müəyyən edilməsi və saxlanılması üçün tədbirlər görülür.