Bu gün Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.

"Unikal" xəbər verir ki, lider "Şəfa" "Cəbrayıl"ı qəbul edib.

"Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi "Səbail"in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Komanda işi şansa buraxmayıb.

Bakı təmsilçisi evdə qalib gələrək I Liqanın çempionu olub. Bununla da, komanda Premyer Liqaya vəsiqə qazanıb.