Vətəndaşa qarşı 164 min manat dələduzluq etməkdə təqsirləndirilən Ülviyyə Həsənova cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən A.Tağıyeva bunları deyib:
"Arzu xanımı 30 ildir ki, tanıyıram. Qızıl işi ilə məşğuldur. 2014-cü ildə atam xəstə idi onun müalicəsi üçün ondan pul istədim. O, mənə az miqdarda köməklik etdi. 2015-ci ildə atam rəhmətə getdi və sənəd işlərinin düzəldilməsi üçün Arzudan borc istədim. Ancaq bu dəfə köməkliyi edə bilməyəcəyini dedi. Səbəbi isə belə izah etdi ki, Ülviyyə onun 165 min manatının dalına keçib. Təqsirləndirilən şəxsi isə mən şəxsən tanımamışam".
Daha sonra Şahid Azər Qarayev dindirilib:
"Arzu xanımla 2008-ci ildən tanışıq. Nazirlər Kabinetində işləmişəm. Şəhərdə ən iri topdan pərakəndə satış yeri məndə olub. Biz birlikdə iş görürdük. Məndən üstündə 20 min manat da verməklə 100 min manat borc istədi və mən də verdim. İçəri şəhərdə otel götürmüşdüm onu remont etmək üçün pul lazım idi. Arzudan pulum istəyəndə bildirdi ki, pul onun atası Həsən kişidədi. 2015-ci ildə banka getdik ki, ordan borcu qaytarmaq üçün pul çəkdik. Mənim də pulumu qaytardı".
Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, zərərçəkmişə dəymiş ümumi ziyan 164 min manatdır.
Təqsirləndirilən şəxs barəsində istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu









_1583402582.jpg)



































.jpg)


