Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün may ayı üzrə növbəti səyyar qəbul keçirilib.
"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyin akt zalında baş tutub. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri dövlət ehtiyacları üçün satın alınan ərazilər üzrə kompensasiya məbləği, kirayə müqavilələri üzrə öhdəliklər, küçələrin işıqlandırılması, qurumuş ağacların budanması, bina həyətlərinin abadlaşdırılması və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verib. İcra başçısı vətəndaş məmnunluğunun təmin etməyin əsas hədəfləri olduğunu vurğulayıb. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.





























.jpg)




.jpg)














