Ötən gün Gürcüstanın Qardabani rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan gənc xəstəxanada həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze mətbuata açıqlamasında bildirib.
“Xəstəyə cərrahi müdaxilə və əməliyyat həyata keçirildi, travmatologiya şöbəsində müvafiq prosedurlar davam etdirildi. Əməliyyatlardan sonra axşam saatlarında gənc vəfat etdi”, - deyə P.Baxtadze qeyd edib.
Xatırladaq ki, dünən Qardabanidə baş verən ağır yol qəzası nəticəsində sözügedən şəxslə yanaşı daha 7 nəfər də həyatını itirib. Beləliklə, faciə nəticəsində ümumilikdə 8 gənc dünyasını dəyişib.



































.jpg)




.jpg)







