Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Arzu Qocayev vəzifəsindən azad edilib. O həmçinin, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri idi.

Qeyd edək ki, A.Qocayev fəaliyyətini digər qurumda davam etdirəcək.