Lvov meri Andrey Sadovinin üzərinə şəhər mərkəzində naməlum maye tökülüb.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Lvov regional polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin Rynok meydanında baş verdiyini bildiriblər. 46 yaşlı bir kişi merin yanına qaçaraq onun üzərinə naməlum maye töküb.
"Hadisə yerində istintaq qrupu işləyir. Məhkəməyəqədərki istintaq davam edir və zəruri istintaq hərəkətləri həyata keçirilir", - deyə açıqlamada bildirilir.
Kişiyə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. O, cərimə və ya beş ilə qədər azadlıq məhdudiyyəti ilə üzləşə bilər.
Gülayə Mecid













.jpg)




.jpg)



























.jpeg)




