"Üçbaşlı müharibə partiyası indi yeni bir yalan uydurub ki, Paşinyan yenidən baş nazir seçilərsə, 300 min azərbaycanlı Ermənistana qayıdacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir sakinlərlə görüşündə bildirib ki, müxalifət sülh prosesi ilə bağlı hər cür tənqidlər irəli sürür və dəhşətli yalanlar uydurulur: "Bizim gündəmimizdə heç vaxt belə bir məsələ olmayıb.

Həmin insanlar bu gündəliyi Ermənistanın həyatına daxil etmək üçün milyonlarla dollar xərcləyirlər. Yalnız xarici casuslar belə davranırlar. Kaluqalı Samo (Samvel Karapetyan), sən xarici casussan. Nə etdiyini başa düşmürsən. 300 min azərbaycanlının geri qaytarılması məsələsini Ermənistanın siyasi gündəliyinə çevirməyə çalışırsan. Və mən deyirəm ki, beyinsiz casuslar səs verməməlidirlər. Ermənistan xalqını it və fırıldaqçı adlandıran beyinsiz casuslar səsvermə hüququna malik olmamalıdırlar. Üçbaşlı müharibə partiyası, Kaluqa oliqarxı, o alçaq parlamentə keçmək üçün lazımi səsləri toplamamalıdır. Beyinsiz casuslara heç bir səs verə bilmərik, çünki onlar bizim sülhümüzü, sevincimizi öldürməyə gəliblər".

Ağarza Elçinoğlu