"Seysmik mikrorayonlaşdırma işləri davam etdirilir. Ola bilər ki, işlər bu il başa çatsın, amma prosesin gələn ilə qalması da mümkündür. Bu, işin həcminin çox olması ilə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonunda aparılan seysmik mikrorayonlaşdırmanın məqsədi ayrı-ayrı zonaların seysmik aktivliyini müəyyənləşdirməkdir:
"Bu da layihələndirmədə baza məlumatı üçün vacibdir. Xəritəsiz hansısa bir fəaliyyətin icra edilməsi düzgün deyil. Çünki Azərbaycanda elə ərazilər var ki, seysmik aktivlik 8-9 ballıq qiymətləndirilsə də, həmin yerə daxil olan lokal sahələrdə aktivliyin 9-10 bal olduğu müəyyənləşdirilib".













.jpg)



.jpg)




























.jpeg)




