“Sabah” Fransanın “Lill” komandasının futbolçusu Yunes Laçaabla anlaşıb.

"Unikal" “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, hazırda Liqa 1 təmsilçisinin ikinci komandasında çıxış edən vinger yaxın günlərdə Azərbaycan çempionu ilə müqavilə imzalayacaq.

“Lill”in əsas komandasında iki oyun keçirən oyunçu artıq klubun düşərgəsini tərk edib. Onun Fransa klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, “Sabah” bu mövsüm həm Azərbaycan çempionu, həm də ölkə kubokunun qalibi olub. Paytaxt təmsilçisi yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.