Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

"Unikal" xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb.

Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.