"Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, İlduzə Hacıyeva yol qəzasında bir nəfərin ölümü və 1 nəfərin isə xəsarət almasında təqsirləndirilir.
Blogerin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri təqsirləndirilməsinə dair cinayət işi bu ilin martın 18-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olub.
Arzum ləqəbli İlduzə Hacıyevanın bu maddələrlə təqsirləndirilməsinə dair cinayət işi aprelin 9-da məhkəmə baxışına təyin edilib.
Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
Qeyd edək, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Orxan Rasifoğlu





















_1583402582.jpg)




























