Fransada həftənin əvvəlindən etibarən FFP2 maskası satışlarında ciddi artım müşahidə olunur. Buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra qeydə alınan şübhəli Hantavirus yoluxma halları ilə bağlı narahatlıqlar olub.
"Unikal" xəbər verir ki, bir sıra apteklər müvəqqəti məhsul çatışmazlığı yaşandığını bildirir.
Topdansatış mərkəzləri isə son günlər rekord satış qeydə alındığını açıqlayır: cəmi üç gün ərzində 15 min qutu maska satılıb. Halbuki adi dövrdə həftəlik satış təxminən 2 min 400 qutu olurdu.
Əczaçılıq sektorunda fəaliyyət göstərən mənbələrin bildirdiyinə görə, son bir neçə gün ərzində apteklərdə maskalara olan tələbat təxminən beş dəfə artıb.
Bununla belə, səhiyyə qurumları ölkədə hər hansı epidemiyanın olmadığını vurğulayır. Xəstəxanaya yerləşdirilmiş 26 şəxsin hamısının test nəticələri mənfi çıxıb və son günlər ərzində yeni yoluxma faktı təsdiqlənməyib.
Rəsmi qurumlar nəzarət və tibbi müşahidə mexanizmlərinin fəaliyyətini davam etdirdiyini, lakin vəziyyətin nəzarət altında olduğunu bildirir.







.jpeg)



.jpeg)







.jpeg)


















_1583402582.jpg)














