Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Volodimir Zelenski həqiqətən də narkotik asılılığından əziyyət çəkir.

"Unikal" xəbər verir ki, o, başqalarının artıq ictimaiyyətə məlum olan şeylərə münasibət bildirmək hüququna malik olduğunu söyləyib. Fitso, həmçinin. bu cür şayiələrin Slovakiya hakimiyyəti tərəfindən irəli sürülmədiyini vurğulayıb.

"Biz bunu uydurmamışıq. Biz sadəcə olaraq məlumatı ictimaiyyətdən alırıq. Onun mətbuat katibi bir şey deyir - biz də belə edirik. Od olmayan yerdən tüstü çıxmaz. Əgər mənim mətbuat katibim olan Silvia birdən Fitsonun narkotik istifadə etdiyini desəydi, nə edərdiniz? Nə edərdiniz? Məni dərhal asılılıq müalicəsinə göndərərdiniz", - deyə Fitso bildirib. 

Slovakiyanın baş naziri vurğulayıbı ki, heç kimə ictimai müzakirələrdə iştirak etmək və artıq açıq olan məlumatlara istinad etmək qadağan edilə bilməz, xüsusən də bu məlumat prezidentin mətbuat katibi tərəfindən paylaşılırsa.