Parlamentin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, deputatlar hesabatla bağlı fikirlərini söyləyiblər.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.
***11:02
Milli Məclisin növbəti plenar iclası başlayıb.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirə olunur.
Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir.
Anar Kəlbiyev
