Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşları ləğv edib.

"Unikal" xəbər verir ki, bəzi ölkələrin hava məkanının bağlanması ilə əlaqədar olaraq Livan, Suriya, İraq, İran və İordaniyaya reyslər 2 mart 2026-cı il tarixinədək dayandırılıb.

“Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman istiqamətində isə 28 fevral 2026-cı il üçün planlaşdırılan reyslər ləğv edilib. Hava məkanındakı proseslər yaxından izlənilir və əlavə reys ləğvləri gündəmə gələ bilər”- deyə THY-nin məlumatında qeyd olunub.