Uzun müddətdir ictimaiyyyət qarşısına çıxmayan Boliviyanın sabiq prezidenti Evo Moralesdən xəbər var.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Evo Morales müəmmalı yeddi həftəlik fasilədən sonra Çapare bölgəsində ictimaiyyət qarşısına çıxıb.
O, yoxluğunun səbəbini çikungunya virusuna yoluxması ilə izah edib. Keçmiş lider bildirib ki, xəstəliyi ağır keçib və gözlənilməz fəsadlar yaradıb.
Qeyd edək ki, mediada Eve Moralesin ölkədən qaçdığı ilə bağlı xəbərlər yayımlanıb.O, barəsində yayılan xəbərləri təkzib edib və bildirib ki, həbs təhlükəsinə baxmayaraq Boliviyanı tərk etməyəcək.
Xatırladaq ki, Morales hazırda insan alveri ittihamı ilə bağlı həbs orderi ilə üz-üzədir. Eve Morales Boliviyanın 2006-2019-cu illərdə prezidenti olub.
Ayxanım Məlikova
