Almaniyanın “Deutsche Welle” (DW) dövlət televiziyasının araşdırmaçı jurnalisti Alikan Uludağ “yalan” məlumat yaydığına görə Ankarada saxlanılıb.

"Unikal" xəbər verir ki, İstanbul Baş Prokurorluğu Alikan Uludağın saxlanıldığını və onun bəzi sosial media paylaşımlarına əsasən cinayət işi açıldığını açıqlayıb. Onun saxlanılmasında otuz polis əməkdaşı iştirak edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistin mənzilində axtarış aparıb və kompüter avadanlıqlarını müsadirə ediblər. O

Uludağ bir neçə ildir ki, DW-nin Türkiyə bürosunun əməkdaşıdır.