"Sony World Photography Awards" münsiflər heyəti heyvanların və təbii mənzərələrin ən yaxşı fotoşəkillərini təqdim edərək Vəhşi Təbiət kateqoriyasında qalibləri elan edib. 

"Unikal"ın məlumatına görə, Dünya Fotoqrafiya Təşkilatı tərəfindən "Sony" şirkətinin dəstəyi ilə təşkil edilən müsabiqə 19-cu ildir ki, keçirilir və fotoqrafiya sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunur.

Bu il müsabiqəyə 200-dən çox ölkə və ərazidən 430 mindən çox iş təqdim edilib.

"Təbiət Dünyası və Vəhşi Təbiət" kateqoriyasında qalib isə Klaus Hellmix olub. Onun lentə aldığı kadr qar fırtınasına düşən mavi arktik tülküdür. Bu şəkil Norveçin Varanger yarımadasında çəkilib.

 Digər yer tutan təbiət şəkillərini diqqətinizə çatdırırıq.