İran hakimiyyəti nüvə proqramının və ya onun məqsədlərinin müəyyən hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyindən gizlədib.
"Unikal" xəbər verir ki, bunu Agentliyin baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, hazırda **İran**ın nüvə silahı istehsal etdiyinə dair birbaşa sübut yoxdur. Lakin aparılan yoxlamalar zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan obyektlərdə zənginləşdirilmiş uran izləri aşkarlayıblar.
“Bizim bəzi obyektlərə çıxışımız var idi. Amma zənginləşdirilmiş uranın izlərini İranın nüvə proqramına aidiyyəti olmayan yerlərdə gördük. Bu isə müəyyən məlumatların gizlədildiyini göstərir”, – deyə Qrossi “Foreign Policy” nəşrinə müsahibəsində vurğulayıb.
BAEA-nın qiymətləndirməsinə əsasən, İran ərazisində təxminən 440 kiloqram, 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatı ola bilər.
