Nepallı alpinist 15 gün ərzində Everesti dörd dəfə fəth edərək Ginnesin Rekordlar Kitabına düşüb.
"Unikal" xəbər verir ki, otuz yaşlı Taşi Gyaltsen 9, 14, 19 və 23 may 2025-ci il tarixlərində Everesti cənub tərəfindən fəth edərək alpinizm tarixinə düşüb. O, 8848,86 metrlik zirvəni ilk dəfə qrupla, ikinci və üçüncü dəfə təkbaşına fəth edib və dördüncü cəhdində başqa bir alpinistə rəhbərlik edib.
Everestdən başqa, Taşi Gyaltsen Ço Oyu, Manaslu, Ama Dablam və digər zirvələri fəth edib. Alpinist rekordunu təkcə özü üçün deyil, həm də bütün Şerpa icması üçün qürurverici bir an adlandırıb.
