Tehran, xüsusən də tibb, kənd təsərrüfatı və sənaye sahələrində dinc nüvə inkişafından imtina etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi İslam dövlətində nüvə silahının olmadığını təsdiqləmək üçün istənilən yoxlama aparmağa hazırdır.
"Biz nüvə silahına sahib olmağı hədəfləmirik. Hətta Ali Lider Əli Xameneinin nüvə silahını qadağan edən fətvası da var", - Pezeşkian vurğulayıb.
