İran Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki strateji əhəmiyyətli Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

"Unikal" xəbər verir ki, buna səbəb təlimlərə start verilməsidir. 

Hərbi dəniz təlimləri zamanı təhlükəsizliyi təmin etmək və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün boğazın bir hissəsi bir neçə saatlıq bağlanacaq.

Təlimlərdə təhdidlərə cavab olaraq əks-hərbi ssenarilər tətbiq olunacaq.