Polşa "Sovet dominantlığının" nəticələrinə görə Rusiyaya qarşı "təzminat" iddiası hazırlayır.

"Unikal" xəbər verir ki,  bu  barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. 

Nəşrdə bildirilir ki, "Polşa Sovet hakimiyyəti dövründə ölkədə törədilən vəhşiliklərə görə Rusiyaya qarşı təzminat iddiası hazırlayır".

Qeyd edək ki,  2022-ci ildə Varşava İkinci Dünya Müharibəsi zamanı törədilən cinayətlərə görə Almaniyadan 1,3 trilyon avro təzminat tələb edib. Baş nazir Donald Tusk tərəfindən "Rusiyanın tarixi cinayətlərini" araşdırmaq tapşırılan institutun direktoru Bartoş Qondek bildirib ki, yeni araşdırma onun nasist vəhşiliklərini araşdırmaq işindən daha əhatəli olacaq, çünki Polşada "Sovet hakimiyyəti" 40 ildən çox davam edib.

Gülayə Mecid