Son günlərdə dünya mediasının diqqətini çəkən bir xəbər yayımlanıb. Bu informasiya nə siyasətlə bağlıdır, nə də iqtisadiyyatla... Söhbət anası tərəfindən tərk edilən makak meymunundan gedir. 

"Unikal" xəbər verir ki, Yaponiyanın Çiba əyalətinin İçikava şəhərindəki heyvanat bağçasında ötən il dünyaya gələn “Punch” adlı makak meymunu anası tərəfindən tərk edilib.

Heyvanat bağçası əməkdaşları dərhal hərəkətə keçərək balaca meymunu qayğı ilə böyüdüb. Yanvar ayında isə "Punch" Tokio şəhərində yerləşən məşhur “Maymun dağı”ndakı təbii mühitə buraxılıb.

Panchi-Kun, Abandoned By Mum & Human-Raised, Relies On Dolls As He  Struggles To Fit In | WeirdKaya

Mütəxəssislər bildiriblər ki, meymun balaları doğulduqdan sonra ilk il ərzində tez-tez analarına sarılırlar. Bu səbəbdən "Punch"ın narahatlığını azaltmaq üçün ona dəsmal, yorğan və peluş oyuncaqlar verilib. O isə xüsusilə peluş oranqutana sarılmağa üstünlük verib.

Viral baby monkey Punch: The emotional story breaking the internet

Təxminən 2 kiloqram çəkisi olan "Punch"ın “ana həsrəti” ilə peluş oyuncağa sarıldığı görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və milyonlarla insanın qəlbinə toxunub. Qeyd olunur ki, "Punch" digər gənc meymunlar tərəfindən kənarlaşdırıldığı hallarda belə, peluş oyuncağını sanki qalxan kimi istifadə edir.

The caregiver of baby monkey Punch, who touches the hearts of millions,  spoke: He is suffering from loneliness.

Qeyd olunub ki, makak meymunun anası ilk dəfə doğuş etdiyi üçün zəif düşüb və bu səbəbdən "Punch"ı tərk edib.

Gülayə Mecid