"Cenevrədə keçiriləcək Ukrayna münaqişəsinin həlli üzrə danışıqların iştirakçıları ərazi məsələləri də daxil olmaqla geniş mövzuları müzakirə edəcəklər".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında deyib.
Kremlin sözçüsü bildirib ki, "Bu dəfə biz həm ərazilərə, həm də daha geniş məsələləri müzakirə etmək niyyətindəyik. Bu məsələlər, əslində, bizim tələblərimizlə bağlıdır".
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ərazi məsələsi əsas müzakirə mövzusu olacaq.
Gülayə Mecid
