İran Milli Neft Şirkəti bildirib ki, Hindistan tərəfindən Ərəbistan dənizində saxlanılan üç neft tankeri ona məxsus deyil və ya onun tərəfindən idarə olunmur.

"Unikal" xəbər verir ki, Gəmilər İran neftinin qaçaqmalçılığı və ABŞ sanksiyalarından yayınmaqda şübhəli bilinərək saxlanılıb.

Şirkət tankerlərin onun əməliyyatlarının bir hissəsi olmadığını vurğulayıb.