Ekologiya və Təbii Sərvətlər Nazirliyi dumanlı hava şəraiti haqqında məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. 

Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə  davam edəcəyi gözlənilir.