Şəki rayonunda bədbəxt hadisə baş verib.
“Unikal”ın məlumatına görə, Şəki rayonunun Cəyirli kənd sakini, 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisində su kanalına düşüb.

O, dərhal xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli