2026-cı ilin yanvar ayında Azərbaycandan polietilen ixracı 1,5 dəfə artaraq 8022,5 min ton olub.

Dövlət Gömrük Komitəsindən (DGK) "Unikal"a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 7,7 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə 6,1 milyon dollarlıq 5329,7 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.