Türkiyənin "Gənclərbirliyi" komandasının yeni baş məşqçisi bəlli olub.

"Unikal" "NTV Spor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi Levent Şahinlə anlaşıb.

Uzun illər "Qalatasaray"da Fatih Terimin köməkçisi vəzifəsində çalışan mütəxəssis Ankara təmsilçisində Mətin Diyadini əvəzləyəcək.

Qeyd edək ki, Superliqanın son turunda öz meydanında “Rizəspor”la 2:2 hesablı heç-heçə edən "Gənclərbirliyi" 23 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.