Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, F.Əhmədov Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğludur.

Seymur Əli