Britaniyalı supermodel Naomi Kempbell məşhur maliyyəçi Ceffri Epşteynlə əlaqələndirilir.

"Unikal" xəbər verir ki, onun adı dərc olunmuş sənədlərdə 300 dəfədən çox qeyd olunub.

İş adamının yazışmalarına görə, model dəfələrlə onun evinə baş çəkib və hətta onu məclislərə və ictimai tədbirlərə dəvət edib. O, həmçinin onun şəxsi təyyarəsini də icarəyə götürüb. Məlumata görə, onlar Epşteynin 2008-ci ildə yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə təqsirli bilinməsindən sonra əlaqə saxlayıblar.

Modelin vəkili Martin Singerin sözlərinə görə, iddialara görə, Epşteynin pedofiliya ittihamı ilə məhkum edilməsindən xəbərsiz olub, çünki Naomi rusiyalı iş adamı Vladislav Doronin ilə münasibətdə olub və 2009-cu ildən 2013-cü ilə qədər Moskvada yaşayıb.