Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon prokurorluğundan "Unikal"a bildirilib ki, ilkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
***
15:23
Cəlilabadda qətl olub.
"Unikal" xəbər verir ki, bu gün saat 13 radələrində Cəlilabad rayonunda 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanada ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Xəlil Əliyev
