Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Yeraltı” serialının baş rol aktyoru Uraz Kaygılaroğlu ilə telefon danışığı aparıb.

“Unikal” xəbər verir ki, Bahçeli sosial media paylaşımında serial haqqında müsbət fikirlərini qeyd edib. 

Belə ki, Bahçeli serialı izlədiyini və xüsusilə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağıran mesajları təqdir etdiyini bildirib. O, yaradıcı heyətə təşəkkür edərək, qəbul edəcəkləri təqdirdə Kaygılaroğluya bozqurd tablosu hədiyyə etmək istədiyini açıqlayıb.

Bildiririk ki, açıqlama sosial şəbəkələrdə geniş rezonans doğurub.

Ayxanım Məlikova

Devlet Bahçeli, Bozo'yu Aradı, Bakın Ne Teklif Etti... Herkes Şaşkın! 3