Gəncədə 6 yaşlı oğlan xəsarət alıb.

"Unikal"ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020-ci il təvəllüdlü R.Hacılı sol ayağının çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal azyaşlıya yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, azyaşlı yaşadığı evdə balta ilə oynayan zaman ehtiyatsızlıqdan xəsarət alıb.

Fakt araşdırılır.

Tural Əhmədov