Ağstafada villada baş verən yanğın söndürülüb.
"Unikal"ın məlumatına görə, rayonun Köçüəsgər kənd sakini 1977-ci il təvəllüdlü M.Xanəhmədova məxsus 890 kv metrə yaxın 3 mərtəbəli evin 280 kv metri yanıb. 3 mərtəbəli evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
Xatırladaq ki, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürən avtomobili və 30-dan artıq yaxın canlı qüvvəsi cəlb edilib.
Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. 3 mərtəbəli evdən baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
*** 21:02
Ağstafada 3 mərtəbəli villada yanğın başlayıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus 3 mərtəbəli villada yanğın başlayıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində hazırda işlər gedir.
Tural Əhmədov
