Ancelina Coli ABŞ-dən ayrılmaq planlarını reallaşdırmağa hazırlaşır. Uzun müddətdir xaricə köçməyi düşündüyünü bildirən məşhur aktrisa indiyədək uşaqlarının 18 yaşına çatmasını gözlədiyini deyirdi.
"Unikal" xəbər verir ki, həmin müddətin tamamlanması ilə Coli köç hazırlıqlarını sürətləndirib.
Aktrisa ölkəsinə sevgisinin davam etdiyini vurğulasa da, mövcud vəziyyət fonunda özünü artıq ABŞ-yə aid hiss etmədiyini bildirib. O, üstüörtülü şəkildə hazırkı idarəetməni də tənqid edib.
Qeyd edək ki, aktrisanın hansı ölkəyə köçəcəyi hələlik açıqlanmayıb.
